“Yarımfinalda bizi “Rabitə”nin gözlədiyini bilirdik”
18.10.2012 - 12:36
“Qrupumuzun qalibini yarımfinalda "Rabitə"nin gözlədiyini bilirdik. Son oyunda da qələbə qazanmaqla, yarımfinalçı biz olduq". Apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Fənərbaxça"nın kapitanı Seda Tokatlıoğlu dünya çempionatının yarımfinal matçı barədə danışarkən deyib.
O bildirib ki, final uğrunda "Rabitə" ilə qarşılaşma çətin olacaq: "Qarşılaşma çox gərgin keçəcək. Amma biz mərhələ adlamaq üçün bütün gücümüzü meydanda qoyacağıq. Yəni mundialda çıxışımızı davam etmək üçün qalib gəlmək istəyirik".
Qeyd edək ki, "Rabitə" - "Fənərbaxça" matçı bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

0
0