“Rabitə” Kimi görmədi
18.10.2012 - 14:35
“Rabitə” Kimi görmədi
Cənubi koreyalı voleybolçu Yeon Kinq Kim qadın voleybolçuların klublararası dünya çempionatının keçirildiyi Qətərin Doha şəhərini tərk edib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubunun ulduz oyunçusu bu gün Azərbaycan çempionu “Rabitə” ilə keçiriləcək yarımfinal öncəsi komandanın düşərgəsindən ayrılıb. Buna səbəb onun transfer məsələsindəki problemlərdir. Kimin turnirdə iştirakına da mane olan bu əngəlin həlli üçün voleybolçu vətəninə yollanıb.

Qeyd edək ki, müqavilə ilə Cənubi Koreya klublarından birinə məxsus olan Kim bir müddət əvvəl Azərbaycan təmsilçisi “Azərreyl”in də maraq dairəsinə düşmüşdü.