“Fənər”in baş məşqçisi “apasport”a danışdı
18.10.2012 - 15:15
Qadın voleybolçulardan ibarət Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi Kamil Sözün apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi
- Klublararası dünya çempionatında “Kenya Prisons”a qalib gəlməklə qrup qalibi oldunuz. Amma məğlub etdiyiniz Keniya təmsilçisi və Puerto-Rikanın “Lançeras de Katano” klubu elə də güclü deyildilər...
- Bəli, sizinlə razıyam. Digəri ilə müqayisədə bizim qrup zəifdi. Amma buna baxmayaraq, bir az çətinlik də oldu. Qələbələr isə komandamızın xeyrinədi və bu, bizim üçün əlavə üstünlükdü. Həm də yarışın dünya çempionatı olduğunu nəzərə alaq. Qrupda birinci yeri tutması "Fənətbaxça"nın gücündən xəbər verir.
- Yarımfinalda son dünya çempionu "Rabitə" ilə oynayacağınıza təəssüflənmirsiniz ki?
- Həm "Fənərbaxça", həm də "Rabitə" yeni heyətə malikdir. Hər iki komanda yaxşı oynamağa çalışacaq. Bakı təmsilçisi də səviyyəli voleybolçulara malikdir. Dünya çempionatında final uğrunda 2 qardaş ölkənin klubu oynayır və bu, çox əhəmiyyətlidir. Mən Azərbaycanda da işləmişəm. Ölkənizi çox sevirəm. İnşallah, dostyana bir matç olmasını istəyirəm. Kim güclü olarsa, o da qalib gəlsin.
- Çempionlar Liqasının qalibi olduğunuz heyəti dəyişdiyinizi dediniz. Yeni heyətiniz güclənən "Rabitə" qarşısında problemlə üzləşməyəcək ki?
- Bəli, ötən mövsümlə müqayisədə bir qədər zəifləmişik. Lakin bizə ən böyük problem Yeon Kounq Kimin burada oynaya bilməməyidir. Koreyalı voleybolçunun transfer məsələsində çətinlik yaşamağımız səbəbindən mundialda köməyindən məhrum olduq. Heyətimizdə olsaydı, daha da güclənəcəkdik. Buna baxmayaraq, "Rabitə" ilə görüşdə bütün gücümüzü ortaya qoyacağıq.
- Finala iddialısınız?
- "Rabitə" ötən mövsüm daha güclü idi. Hazırda yeni komanda qurublar. Çox səviyyəli voleybolçuları var. Hətta ehtiyatda qalanlar da meydanda olanlardan zəif deyil. Ancaq hazırda onlar bir-birinə tam uyğunlaşmadığından toppaylayıcı ilə hücumçular arasında bəzən problemlər nəzərə çarpır. Yəni komanda kimi hələ hazır deyillər.
- Həmin çatışmazlıq sizin komandada da açıq-aşkar görünür...
- Təbii. Toppaylayıcımız dəyişdiyindən bu problemi biz də yaşayırıq. Qarşılaşmada yaxşı və pis də oynaya bilərik. Bunu indidən söyləmək çətindir. Biz cəmi 1 aydır hazırlıqlara başlamışıq. "Rabitə" isə bildiyimə görə 20 gündür toplanışdadır. Belə olan halda, komandanı yaxşı vəziyyətə gətirmək asan deyil. Amma Bakı klubunun Çempionlar Liqasında öz gücünü göstərəcəyinə əminəm. Əla heyəti var ki, bu da uğurlu çıxış üçün yetərlidir. Biz isə final uğrunda qalib gəlmək üçün mübarizə aparacağıq. Çünki Dohaya məqsədimizə nail olmaq üçün gəlmişik.
- "Rabitə"nin oyununu izləyib, təhlil etmisiniz?
- Baxmışam. Fikrimcə, onların zəif nöqtəsi yoxdur. Hər şey əladır. Sadəcə, problem hələ tam anlaşa bilməməsidir.
- Görüşlə bağlı proqnozunuz necədir?
- Əllinin əlliyə.
Tahir HÜMMƏTOV
Dohadan
Müsahibənin alınmasında göstərdiyi köməyə görə “Rabitə” voleybol klubunun rəhbərliyinə təşəkkür edirik.

0
0