Braziliyalı mütəxəssis çempionluq iddiasında
18.10.2012 - 17:51
“Azərbaycan çempionu “Rabitə” ilə Türkiyə “Fənərbaxça”sının oyununu izləməliyəm. Çünki bu yarımfinalda bizim həlledici görüşdəki rəqibimiz müəyyənləşir”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət “Sollis Nestle” klubunun baş məşqçisi Luizomar de Mouro deyib.
Braziliya çempionunun çalışdırıcısı Qətərdə keçirilən klublararası dünya birinciliyinin yarımfinal oyunundan sonra iddialı danışıb: “Matçı canlı izləməliyəm ki, sabahkı oyuna necə hazır olmağı bilim. Sabah isə rəqibin kimliyindən asılı olmayaraq çempion adımı qazanmağa çalışacağıq”.

0
0