Finalın adı: Rabitə" - "Sollis Nestle"
18.10.2012 - 19:27
Finalın adı: Rabitə" - "Sollis Nestle"
Qadın voleybolçular arasında klublararası dünya çempionatının finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qalib adı uğrunda mundialın son qalib "Rabitə" Braziliya "Sollis Nestle"si ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Həlledici görüşdən öncə bürünc mükafatçının adına aydınlıq gələcək. Bu matçda Puerto-Rika “Lançeras de Katano”u Türkiyə "Fənərbaxça"si ilə oynayacaq. Qarşılaşma 12:00-da start götürəcək.

Qeyd edək ki, "Rabitə" "Sollis Nestle" ilə eyni qrupda yer almışdı və 1:3 hesabı ilə uduzmuşdu.