“Rabitə”nin ən yaxşısı - Montano!
19.10.2012 - 09:40
Dohada keçirilən qadın voleybolçular arasında dünya çempionatının yarımfinalında "Fənərbaxça" (Türkiyə) - "Rabitə" (Azərbaycan) görüşünün qəhrəmanın adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən yaxşı voleybolçusu kolumbiyalı legionerimiz Madeleyne Montano seçilib.
O, topladığı 22 xalla əlçatmaz olub. Digər voleybolçularımızdan Dobriana Rabadjiyeva 10, Angelina Qrün 9, Nataşa Krsmanoviç 8, Foluke Akinradevo 7 və Katarjina Skorupa 1 xal qazanıb.
Rəqibin heyətində isə braziliyalı Paulo Pequeno daha məhsuldar olub. Onun 14 zərbəsi dəqiq alınıb.

0
0