Mira Qoluboviç: Bunu gözləyirdim
19.10.2012 - 09:45
Mira Qoluboviç: Bunu gözləyirdim
"Matçdan öncə də komandamızdan bu oyunu gözləyirdim. Hamı sona kimi mübarizə apardı". Apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Rabitə"nin kapitanı Mira Qoluboviç deyib.

Təcrübəli voleybolçu klublararası dünya çempionatının yarımfinalında məğlub etdikləri "Fənərbaxça"nı bütün komponentlərdə üstələdiklərini bildirib: "Oyunumuz əla alındı. Layiqli qələbə qazanıq. Finala çıxacağımıza da inanırdım".

Qoluboviçin sözlərinə görə, əsas hədəfləri üçün bir qələbə kifayət edəcək: "Biz dünya çempionu titulunu qorumaq üçün Dohaya gəlmişik. Həlledici matçda bunu reallaşdıraraq, istəyimizə çatmaq istəyirik. Bunun üçün də finalda ən yaxşı oyunumuzu nümayiş etdirməyə ümid edirik".

Qeyd edək ki, "Rabitə" finalda "Sollis Nestle" ilə qarşılaşacaq.