Marçello Abbondanza: Finalda gücümüzü göstərməliyik
19.10.2012 - 09:57
Marçello Abbondanza: Finalda gücümüzü göstərməliyik
"Bu, çox vacib qələbədir. Bizim də "Fənərbaxça"dakı kimi çoxlu yeni oyunçularımız var. Lakin öz titulumuzu qorumalıyıq". Bunu apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına açıqlamasında "Rabitə"nin baş məşqçisi Marçello Abbondanza deyib.

İtaliyalı mütəxəssis dünya çempionatının yarımfinalında "Fənərbaxça"ya 3:0 hesablı darmadağını şərh edib: "Komandam oyundan-oyuna yaxşı çıxış edir. Bizim üçün ilk öncə vacib idi ki, finala yüksələk və ardınca yenidən çempion olmağa ümid edək. Artıq "Fənərbaxça"nı məğlub etməklə bunu reallaşdırdıq. İndi əsas məqsədimiz finalda "Sollis Nestle"yə gücümüzü göstərməkdir".

Qeyd edək ki, "Sollis Nestle" - "Rabitə" matçı bu gün saat 19:00-da başlayacaq.