“Fənərbaxça”nın kapitanı: İstəyimizə nail ola bilmədik
19.10.2012 - 10:05
“Fənərbaxça”nın kapitanı: İstəyimizə nail ola bilmədik
"Fənərbaxça"nın kapitanı Seda Tokatlıoğlu klublararası dünya çempionatının yarımfinal matçında "Rabitə"yə 0:3 hesablı məğlubiyyətlə bağlı fikirlərini açıqlayıb. Türkiyə millisinin də şərəfini qoruyan təcrübəli voleybolçu apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına bildirib ki, əsas məqsədləri finala yüksəlmək olsa da, Azərbaycan çempionu onların yolunu kəsib.

Tokatlıoğlunun sözlərinə görə, məğlubiyyətdə əsas səbəb çox səhvə yol vermələri olub: "Biz uduzduq. Amma ən yaxşı oyunumuzu göstərə bilmədik. Həddindən çox səhvlərə yol verdik. Finala yüksəlmək istəyirdik, lakin buna nail ola bilmədik. İnşallah, 3-cü yer uğrunda görüşdə qalib gəlib, bürünc medal qazanarıq".

Qeyd edək ki, "Fənərbaxça" 3-cü yer uğrunda “Lançeras de Katano” (Puerto-Rika) ilə oynayacaq.