Marçello Abbondanza: “Sollis Nestle” çox güclüdü - MÜSAHİBƏ
19.10.2012 - 11:10
“Rabitə” voleybol klubunun baş məşqçisi Marçello Abbondanzanın apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Klublararası dünya çempionatının yarımfinalında "Fənərbaxça" ilə matçın çətin keçəcəyi gözlənilsə də, asan qələbə qazandız...
- Bu, çox vacib qələbədir. Bizim də "Fənərbaxça"dakı kimi xeyli yeni oyunçularımız var. Lakin öz titulumuzu qorumaq istəyirik. Voleybolçularımız oyundan-oyuna yaxşı çıxış edirlər. Komandaya öncə vacib idi ki, finala yüksəlib, ardınca yenidən çempion olmağa ümid edək. Artıq "Fənərbaxça"nı məğlub etməklə bunu reallaşdırdıq. İndi əsas məqsədimiz finalda "Sollis Nestle"yə gücümüzü göstərməkdir.
- Yəni braziliyalılarla qarşılaşmada ilk oyundakı məğlubiyyətin qisasını almaq arzusundasız?
- Təbii ki, biz qələbə istəyirik. Hazırda bunu söyləmək çətindir. Çünki braziliyalıların şansı daha çoxdur. Onlar heyətini uzun müddətdir dəyişmirlər və bir-birini meydanda çox gözəl başa düşürlər.
- Qələbənin elə çətin olacağını düşünürsünüz?
- Deyə bilmərik ki, qalib gəlməyimiz mümkün deyil. Bu, sadəcə matçın gedişindən asılı olacaq. Görüşü gözləyək. Ümid edirik ki, qələbə qazanacağıq. Amma bir daha təkrar edirəm ki, "Sollis Nestle" çox güclüdür, heyətində Olimpiya çempionları oynayır və bunun üçün daha şanslıdırlar.
- Mundialdan öncə komandanızın hazırlığını və bir-birini başa düşməsini 40 faizlə qiymətləndirmişdiz. Ardıcıl 2 qələbədən sonra uyğunlaşma prosesinin uğurla getdiyini demək olar?
- Fikrimcə, hər oyundan sonra komandamızın səviyyəsi qalxır. Amma deməzdim ki, pik nöqtəsindəyik. Hazırda müəyyən mənada irəliləyiş var.
- Bakıda sizin yenidən çempion olmanızı səbirsizliklə gözləyən fanatlara sözünüz varmı?
- Çalışacam ki, azarkeşlərimizə qələbəni hədiyyə edim. Onlara ilk cəhdimdəcə müjdəmi verim.
Tahir HÜMMƏTOV
DOHADAN

0
0