Jaklin Karvalyo “Rabitə”ni böyük komanda adlandırdı
19.10.2012 - 22:03
“Solis Nestle” klubunun voleybolçusu Jaklin Karvalyo dünya çempionatının finalında “Rabitə” üzərində qazanılan qələbədən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Braziliya təmsilçisinin kapitanı Azərbaycan çempionu böyük komanda adlandırıb: “Qalib olduğumuza görə çox sevinirik. Qələbə bizim üçün asan olmadı. Rəqib də yaxşı mübarizə apardı. Biz böyük mütəxəssisin rəhbərlik etdiyi böyük komandaya qarşı oynadıq. Komandamız böyüyür və gələcəkdə daha yaxşı nəticələr qazanacağıq”.
Xatırladaq ki, Qətərdə keçirilən klublararası dünya çempionatının ilk oyununda (3:1) olduğu kimi, “Solis Nestle” finalda da “Rabitə”dən güclü olub – 3:0.
Xatırladaq ki, Qətərdə keçirilən klublararası dünya çempionatının ilk oyununda (3:1) olduğu kimi, “Solis Nestle” finalda da “Rabitə”dən güclü olub – 3:0.
0
0