Yığmamızın üzvü: Riskə gedirdik, çox çalışırdıq
20.10.2012 - 15:14
“Demək olar ki, heç nə alınmadı. Biz 1-ci tempdən az yararlandıq. Bu üzdən də üçlü blokla üz-üzə qaldıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədova deyib.
“Omiçka” klubunda çıxış edən idmançımız Rusiya çempionatının “Dinamo” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Qəbulda uğursuzluğa düçar olurduq. Topu oyuna yaxşı daxil edirdik, riskə gedirdik. Çox çalışırdıq, ardıcıl 4-5 xal yığırdıq. Amma özümüz də çox səhvlər buraxırdıq. Görünür ki, pis qəbul üzündən kombinasiyalı oyun alınmırdı. Yaxşı təşkil olunmuş rəqibə qarşı oynamaq çox çətin olur”.
Qeyd edək ki, “Omiçka” Kazan “Dinamo”su ilə ev oyununda 0:3 hesabı ilə uduzub.

0
0