“Rabitə”yə məğlubiyyətdən sonra bütün motivasiyanı itirdik”
21.10.2012 - 15:29
“Rabitə”yə məğlubiyyətdən sonra bütün motivasiyanı itirdik”
Qadın voleybolçulardan ibarət klublarası dünya çempionatının bürünc medalını qazanan “Fənərbaxça”nın baş məşqçisi Kamil Söz “Rabitə”yə məğlubiyyəti unuda bilmir. Apasport.az saytının məlumatına görə, türkiyəli çalışdırıcı Qətərdə keçirilən turnirin 3-cü yer uğrunda Puerto-Rikonun “Lançeras de Katanyo” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyunda motivasiyalarının olmadığını bildirib: “Bizə oynamaq çox çətin idi. Çünki yarımfinalda “Rabitə”yə məğlubiyyətdən sonra bütün motivasiyanı itirdik. Ancaq biz bürünc medal qazandıq. Mən bu turnirdə 3-cü olduğumuza görə şadam”.

Qeyd edək ki, “Rabitə” finalda uduzaraq, 2-ci olub.