Avrokubokda klublarımız üçün ilk hakimlər
22.10.2012 - 09:02
Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakının “Bakı-Azəryol” və “İqtisadçı” klubları da görüşlərində ədaləti qoruyacaq referiləri tanıyıblar.
Belə ki, oktyabrın 25-də Sloveniya “Maribor”u ilə qarşılaşacaq “Bakı-Azəryol”un matçında əsas hakim funksiyasını estoniyalı Kristian Vanaveski həyata keçirəcək. Ona köməkliyi israilli Roy Qoren edəcək.
“İqtisadçı” Hollandiya “Sliedrext”i ilə duelində isə fit sahibləri Vladimir Payevski (Ukrayna) və Dəniz Dəmir (Türkiyə) olacaq. Bu qarşılaşma oktyabrın 23-nə təsadüf edəcək.
Qeyd edək ki, hər 2 matç Bakıda olacaq.

0
0