Suzana Sebiç: Bizim gücümüzü hamı görəcək - MÜSAHİBƏ
22.10.2012 - 12:25
“Rabitə”nin serbiyalı voleybolçusu Suzana Sebiçin apasport.az saytına müsahibəsi
- Klublararası dünya çempionatının finalında “Rabitə” gözlənilən oyunu göstərə bilmədi. Bunu nə ilə əlaqələndirərdiniz?
- Düzdür, final bizim üçün çox çətin keçdi. Bu matçı yaxşı qiymətləndirməzdim. Emosiyasız oynadıq, Braziliya “Sollis Nestle”si isə bizi asanlıqla məğlub etdi.
- Amma eyni rəqiblə qrup mərhələsində daha yaxşı oynamışdız və 0:3 deyil, 1:3 hesabı ilə uduzmuşduz...
- Demək olar ki, bu dəfə də bacardığımızı etdik. Ancaq 2 fərqli oyunun dəqiq səbəbini deyə bilmərəm. Amma əsas odur ki, braziliyalılar daha yaxşı, daha güclü oyun nümayiş etdirdilər.
- Libero kimi oyununuzu necə qiymətləndirərdiz?
- Mən həmişə öz üzərimdə işləyirəm, çalışıram daha yaxşı çıxış edəm. Buna mütəxəssislər qiymət verə bilər. Həm də komandamız yenidir, oyunçular bir-birini lazımı qədər adaptasiya olunmayıblar. Bu da təbii ki, matçın gedişinə mənfi təsir edən amillərdəndir.
- Siz Serbiya yığması ilə müqayisədə klublararası dünya çempionatında özünüzü yaxşı tərəfdən göstərə bilmədiz. Bu fikirlə razısızmı?
- Belə demək olar. Çünki millidə 6 ildir eyni qızlarla oynayırıq, onların oyununa yaxşı bələdəm. Bunun üçün oyunumuz gözəl alınır. Amma “Rabitə”də isə yeni voleybolçularla oynadığımızdan hələlik uyğunlaşma lazımınca deyil. Adaptasiya üçün vaxta ehtiyacımız var. Tezliklə komandamızın gücünü hamı görəcək. Finalda oynadığımız “Sollis Nestle” isə uzun müddət heyətini qoruyur və onların gücü də bundadır. Adaptasiya olunmamış klubun onlarla mübarizəsi isə o qədər də uğurlu alına bilməz.
- “Rabitə” dünya çempionatında qızılı gümüş medala dəyişdi. Lakin bunun mundialda sizin ilk uğurunuz olduğunu nəzərə alsaq, təbii ki, karyeranızda əhəmiyyətli yer tutacaq...
- Bəli. Gümüş medal da yaxşı nəticədir. Bundan əlavə, ötən il dünya çempionu “Rabitə” olmuşdu. Bu dəfə isə komandamızın heyətinin əsasını yeni voleybolçular təşkil edir. Müqayisə üçün bildirim ki, qızıl medalın sahibi “Sollis Nestle”nin heyətində 6 Olimpiya çempionu yer alıb. Buradan fərq çıxarmaq çətin deyil.
- Oktyabrın 24-də Çexiyada yerli “Agel”lə matçla Çempionlar Liqasının yeni mövsümünə start verəcəksiz. Daha çətin olan qitəmiqyaslı turnirlə bağlı nə deyə bilərsiz?
- Mən komandamızın azarkeşlərinə arzulayardım ki, bizə dəstək olsunlar. Ümid edirik ki, Çempionlar Liqasında əla oyun göstərəcəyik. Təbii ki, fanatlarımız da dəstək olduqda rəqibləri daha asanlıqla məğlub edəcəyik.
- Yəni əsas hədəfiniz dünya çempionatının gümüş medalını Çempionlar Liqasında qızıla dəyişməkdir?
- Biz ötən ay komanda kimi bir yerə yığılmışıq. Heyətimiz çox güclüdür. Sadəcə bizə vaxt amili mane olur. Ancaq oyundan-oyuna hər şey yaxşılığa doğru gedir və bu da uğurlu mövsüm vəd edir. İnanıram ki, biz daha yaxşı mübarizə apara bilərik.

0
0