3 klubumuz üçün 6 avropalı
22.10.2012 - 13:47
3 klubumuz üçün 6 avropalı
Çempionlar Liqasının qrup mərhələsinin I turunu idarə edəcək hakimlər briqadasının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 klubla qatıldığımız yarışda ilk olaraq görüşə mübarizəyə başlayacaq “Lokomotiv”in “Srvena Zvezda” (Serbiya) ilə səfər matçı italiyalı Sandro la Migelaya həvalə edilib. Oktyabrın 23-də baş tutacaq oyunda Georgios Karampetsos (Yunanıstan) ikinci referi olacaq.

“Dəmiryolçular”dan 1 gün sonra “Agel” (Çexiya) - “Rabitə” (Azərbaycan) matçının start fitini slovakiyalı İqor Porvaznik verəcək. Ona köməkliyi fransalı Yanik Çaladay edəcək.

Həmin gün Bakıda “Azərreyl”in Almaniya “Dersner”i ilə qarşılaşmasına isə Arturo di Giakomo (Belçika) və Dusan Dovicoviç (Slovakiya) təyinat alıblar.

Qeyd edək ki, “Azərreyl”in qarşılaşması saat 18:00-da, digər 2 klubumuzun dueli isə saat 21:00-da başlayacaq.