“Srvena Zvezda”nın baş məşqçisi Bakı klubundan danışdı
23.10.2012 - 08:58
“Srvena Zvezda”nın baş məşqçisi Bakı klubundan danışdı
“Qrupumuzdakı bütün klublar güclüdür. Onların hamısı mərhələ adlamaq üçün alışıb, yanırlar”. Apasport.az saytının məlumatına görə, bunu Serbiyanın “Srvena Zvezda” voleybol komandasının baş məşqçisi Ratko Pavliçeviç deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında Bakının “Lokomotiv” klubu ilə oyun öncəsi iddialı danışıb: “Bizim öz oyun üslubumuz var. Lazımı rəqabət göstərəcəyimizə inanıram. Qrup mərhələsinin sonunda da xoş təəssüratlarla yadda qalmaq istəyirik. “Lokomotiv” də ciddi rəqibdir. Onlar güclü voleybolçulardan qurulmuş əla komandadır. Bunun üçün oyun kifayət qədər iddialı alınacaq. Lakin qələbə qazanmaq əsas məqsədimizdir”.

Qeyd edək ki, “Srvena Zvezda” – “Lokomotiv” matçı bu gün saat 21:00-da başlayacaq.