“Bəyəm, məni Azərbaycanda da tanıyırlar?” - EKSKLÜZİV
23.10.2012 - 12:13
Braziliya yığmasının heyətində 2 dəfə Olimpiya Oyunlarının qalibi, “Sollis Nestle” klubunun heyətində dünya çempionatının qızıl mükafatçısı olan Jaklin Karvalyonun apasport.az saytına müsahibəsi
- Dünya çempionatında “Rabitə” ilə oyundan öncə Azərbaycan barədə hansısa məlumata malik idiz?
- Bəli, Azərbaycan çempionatını və oyunları izləyirəm. Bilirəm ki, ölkənizdə voleybola xüsusi sevgi var. Klublarınızda kifayət qədər tanımış oyunçular çıxış etdiyindən, Super Liqanız gərgin keçir. Ölkəniz barədə də ətraflı məlumata malikəm.
- Əgər hansısa komandamız sizi heyətində görmək istəsə, “hə” cavabını verərdiz?
- Bu barədə nəsə demək asan deyil. Amma gəlsəm, məşqçimlə birgə gələcəm (gülür).
Bu arada “Sollis Nestle”nin baş məşqçisi Luizomar de Mouro suala müdaxilə edir: Bunu hamı bilsin ki, mən Jaklini heç bir yerə buraxmaq fikrində deyiləm. O, mənim oyunçumdur. Görürsüz, bunu özü də təsdiqləyir...
- Dünya çempionatının finalında “Rabitə” ilə matçda da yaxşı çıxışınızla diqqət çəkdiz...
- Biz finalda məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik. Hər hansı çatışmazlığın olmasına imkan vermədik. Bundan əlavə, Dohaya çempionluq üçün gəlmişdik və əsas məqsədimiz də finalda var gücümüzlə oynamaq idi. İlk oyundan da lazımı nəticə çıxarmışdıq və voleybolçularınızın hansı taktika ilə oynayacağını bilirdik. Əks həmləmiz isə uğurlu oldu. Bunun sayəsində də vacib qələbəni qazanıb, dünya çempionu tituluna yiyələndik.
- Həlledici görüşdən öncə “Rabitə”yə belə asan qalib gələcəyinizi gözləyirdiniz?
- Xeyr, biz matçın belə asan alınacağını gözləmirdik. Çünki “Rabitə”nin böyük komanda olması hamıya bəllidir. Bundan əlavə, onlar son dünya çempionu titullarını qorumağı planlaşdırdıqlarını açıqlamışdılar. Amma oyun göstərdi ki, onlar hazırda gözlədiyimiz səviyyədə deyil. Bu da mövsümün startı və kluba yeni qoşulanların bir-birinə uyğunlaşmaması səbəbindən ola bilər.
- Mundialdan öncə Azərbaycan çempionunun hansısa oyununu analiz etmişdizmi?
- Xeyr, bunu edə bilmədik. Bunun üçün qrup mərhələsində onlarla birinci oyuna tam məlumatsız çıxmışdıq. Bizdən fərqli, “Rabitə” “Bohay Bank”la matçımıza baxa bilmişdi. Finalda isə görüşə tam hazır çıxmışdıq. Onlarla oyunu lazımınca təhlil edib, birinci matçdakı səhvlərimizi təkrar etməməyi qarşımıza məqsəd qoymuşduq. Fikrimcə, bu da əla alındı və asan qalib gəldik.
- Azərbaycanda kifayət qədər pərəstişkarınız var. Onlara sözünüz...
- (gülür) Bəyəm, məni Azərbaycanda da tanıyırlar? Doğrudan da belədirsə, bu sözləri eşitmək çox xoşdur. Fanatlarıma “çox sağ” deyirəm. Mən də harada olmasından asılı olmayaraq, onları sevindirməyə çalışacağam.

0
0