“Azərbaycan çempionuna qalib gəlsək, əla olar”
23.10.2012 - 12:25
“Əlbəttə, “Rabitə”yə qalib gəlmək, əla olar. Amma biz xəyallara dalmayıb, lazımı oyun nümayiş etdirməliyik”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Agel” klubunun voleybolçusu Solanj Soareş Çempionlar Liqasının qrup mərhələsində “Rabitə” ilə oyundan öncə deyib.
Komandanın “Modranska” adlandığı vaxtda analoji yarışın I pley-off matçında Azərbaycan çempionuna evdə 3:2 hesabı ilə qalib gələn çexlərin kapitanı oyuna uğur üçün çıxacaqlarını bildirib: “Biz yeni yığıldığımızdan oyunumuz hələ mükəmməl deyil. Keyfiyyəti isə artırmasaq, uğur qazanaq çətin olacaq. “Rabitə”yə qalib gəlmək üçün 2 dəfə artıq güc sərf etməliyik və hər top uğrunda vuruşmalıyıq. Həmçinin, bütün mövqelərdə diqqətli olmalıyıq. Əsas oyunun yekununda bacardığımızı etdiyimizi demək və insafımız qarşısında təmiz olmağımızdır. Ümid edirəm ki, matçda azarkeşlərimiz də lazımı dəstək verəcəklər”.
Qeyd edək ki, “Agel” – “Rabitə” matçı sabah olacaq.

0
0