Natalya Məmmədovanın komandası mövqeyini qorudu
11.02.2013 - 09:40
Natalya Məmmədovanın komandası mövqeyini qorudu
Qadın voleybolçular arasında Rusiya çempionatında XV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Tümen” klubunu qəbul edib.

Görüş təmsilçimizin komandasının xal itkisi ilə nəticələnib - 3:2 (15:25, 26:24, 25:23, 23:25, 15:12). Bundan sonra xallarının sayını 26-ya çatdıran “Omiçka” 6-cı pillədəki yerini qoruyub.