Bakı klubundan “Qalatasaray”a zərbə
13.02.2013 - 09:17
Bakı klubundan “Qalatasaray”a zərbə
Türkiyədə təlim-məşq toplanışında olan “İqtisadçı” ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi “Qalatasaray”la qarşılaşıb.

Oyun komandamızın inamlı qələbəsi ilə yekunlaşıb. “İqtisadçı” “Dördlər finalı”nın ev sahibinə 3:1 (19:25, 25:17, 25:20, 25:14) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar bu gün bir daha güclərini yoxlayacaqlar.