Yığmamızın hücumçusu pley-offda
29.03.2013 - 09:54
Yığmamızın hücumçusu pley-offda
Qadın voleybolçular arasında Rusiya Super Liqasında pley-off mərhələsinə yüksələn klubların adları bilinib. Apasport.az saytının məlumatına görə, əsas mərhələnin başa çatmasına 2 tur qalsa da, ilk “səkkizlik” müəyyənləşib.

Bu komandalar arasında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” da var. Onlar ən pis halda 6-cı yeri özləri üçün təmin ediblər. Omsk təmsilçisi ilə yanaşı, Kazan, Moskva və Krasnodar “Dinamo”ları, “Zariçye-Odintsova”, “Uraloçka”, “Tümen” və “Fakel” komandaları da pley-offda mübarizə aparacaqlar.

Onlardan fərqli, “Proton”, “Severstal”, “Ufimoçka” və “Yenisey” 9-12-ci yerlər uğrunda yarışacaq.

Qeyd edək ki, əsas mərhələ aprelin 5-də başa çatacaq.