Yığmamızın hücumçusu hərbçilərin mühafizəsində
29.03.2013 - 18:54
Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Rusiyanın “Omiçka” klubu azarkeşlərinə sürpriz hazırlayıb. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisinin aprelin 1-də - Beynəlxalq Gülüş günündə keçirəcəyi oyun digər matçlardan fərqlənəcək.
Belə ki, Natalya və komanda yoldaşlarının oynadığı idman kompleksinə girişi 16-cı əsrin döyüşçülərinin hərb geyimində olan mühafizəçilər qoruyacaq. Tarixi “Sibir mirası” rekonstruksiyası isə həmin dövrün silah və geyimlərini nümayiş etdirəcək.
Hollda tamaşaçıları gözləyən vizajistlər isə hər kəsi öz istəyinə uyğun bəzəyəcək. Bundan başqa radio ilə idarə olunan avtomobillərin yürüşləri də tamaşaçıların zövqünü oxşayacaq. Ən əsas sürpriz isə əfsanəvi Nikolay Karpolun rəhbərlik etdiyi “Uraloçka” ilə qarşılaşmanın gedişi zamanı gerçəkləşəcək. Bunu isə təşkilatçılar sirr kimi saxlayır.

0
0