İtalyan həkimlər “Azərreyl”in voleybolçusunun durumunu dəyərləndirdi
30.03.2013 - 12:01
Milanın “Nequarda” klinikasında qaraciyərini dəyişdirən “Azərreyl”in italiyalı voleybolçusu Sara Antsanellonun durumu qənaətbəxşdir. Apasport.az saytının məlumatına görə, bu haqda voleybolçunu müalicə edən həkimlər deyib. Onların sözlərinə görə, onun nə vaxt oynaya biləcəyi ilə bağlı nəsə demək hələ tezdir.
Qeyd edək ki, 2011-ci ildən “Azərreyl”də çıxış edən Sara İtaliya yığması ilə 1 dəfə dünya çempionluğunu və 2 dəfə dünya kubokunu qazanıb. “Rabitə” ilə görüşdə rəqib voleybolçular və öz komanda yoldaşları ona dəstək olaraq plakat qaldırmışdı.

0
0