“Azərreyl” silkələnir: Məşqçilər korpusu istefaya göndərildi!
01.04.2013 - 08:27
“Azərreyl” silkələnir: Məşqçilər korpusu istefaya göndərildi!
“Azərreyl”də “yarpaq tökümü” davam edir. Apasport.az saytının məlumatına görə, az öncə xorvatiyalı Anna Qrbaçı komandadan kənarlaşdıran “dəmiryolçular” bu dəfə italiyalı baş məşqçi Alessandro Çiappinini istefaya göndərib.

Çiappini ilə yanaşı, onun köməkçiləri Nikola Neqro, Terri Rosini və Fabio Qabbon da Bakı klubundan qovulub. Artıq onların əvəzediciləri də müəyyənləşib.

“Bakı-Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov “Azərreyl”in “sükanı arxasına” gətirilib. Onu komandasında isə köməkçisi Vüqar Əliyev əvəzləyib.

“Azərreyl”in bu addımı atması səbəbsiz deyil. Çünki Çempionlar Liqasında uğur qazana bilməyən klub artıq Azərbaycan Super Liqasında da çempionluq yolunda işini çətinə salıb.

Qeyd edək ki, Çervyakov əvvəllər “Azərreyl”də Faiq Qarayevin köməkçisi olub.