“Azərreyl”dən uğursuzluğa son, “İqtisadçı” fərqi azaltdı - YENİLƏNİB
01.04.2013 - 19:47
Bu gün Super Liqada təxirə salınmış 2 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçında “Azərreyl” “Lokomotiv”i sınağa çəkib.
Görüş gözlənilən kimi gərgin keçib. Artıq baş məşqçisi Alessandro Çiappinini istefaya göndərən və çempionluq şansını çətinə salan “Azərreyl” məğlub olacağı halda vəziyyətini daha da pisləşdirəcəkdi. Bunun üçün komandanın “sükanı arxası”na keçən Aleksandr Çervyakov onları düşdükləri vəziyyətdən çıxarmağa çalışıb və onun baş məşqçi kimi burada debütü uğurlu alınıb.
Düzdür, “Azərreyl”in ilk hissədən sonra uduzaraq, üstünlüyü əldən verib - 1:1. Amma onlar növbəti 2 setdə inamlı təsir bağışlayaraq, ardıcıl 2 oyunluq məğlubiyyəti 3:1 hesablı qələbə ilə unutdurub.
Günün digər qarşılaşmasında “Bakı-Azəryol” “İqtisadçı” ilə üz-üzə gəlib. Birincilərdə baş məşqçi dəyişikliyi, Vüqar Əliyevin Çervyakovu əvəzləməsi matça marağı artırsa da, gənc mütəxəssis həmkarından fərqli məğlubiyyətə üzülüb. Hər 3 setdə rəqibinə çətin anlar yaşadan universitet komandası “Bakı-Azəryol”u darmadağın edib.
Beləliklə, təxirə salınmış oyunlardan sonra da turnir cədvəlində hansısa dəyişiklik qeydə alınmayıb. “İqtisadçı” növbəti 3 xalını qazanmaqla ikinci pillədəki yerini qoruyub və lider “Rabitə” ilə xal fərqini 8-ə endirib. Həmçinin, “Azərreyl” də uğursuzluğa son qoymaqla, 3-cü pillədəki mövqeyini möhkəmlədib.
1 aprel
XIII turun təxirə salınmış oyunu
“AZƏRREYL” – “LOKOMOTİV” - 3:1 (25:20, 21:25, 25:19, 25:17)
İlk oyun: “Lokomotiv” – “Azərreyl” - 1:3 (23:25, 25:23, 26:28, 20:25)
İkinci oyun: “Lokomotiv” – “Azərreyl” - 3:2 (25:21; 23:25; 25:23; 15:25; 15:7)
XX turun təxirə salınmış oyunu
“BAKI-AZƏRYOL” – “İQTİSADÇI” - 0:3 (19:25, 15:25, 15:25)
İlk oyun: “Bakı-Azəryol” – “İqtisadçı” - 0:3 (15:25, 25:27, 12:25)
İkinci oyun: “İqtisadçı” – “Bakı-Azəryol” - 2:3 (22:25, 23:25, 25:20, 25:23, 12:15)

1 | Rabitə | 17 | 15 | 2 | 48-13 | 1504-1174 | 46 |
2 | İqtisadçı | 17 | 13 | 4 | 42-19 | 1433-1220 | 38 |
3 | Azərreyl | 17 | 12 | 5 | 41-18 | 1405-1231 | 37 |
4 | Lokomotiv | 17 | 10 | 7 | 38-26 | 1439-1341 | 30 |
5 | Bakı-Azəryol | 18 | 8 | 10 | 30-35 | 1422-1447 | 23 |
6 | Telekom | 17 | 2 | 15 | 6-45 | 916-1240 | 6 |
7 | Lokomotiv-Biləcəri | 17 | 0 | 17 | 2-51 | 851-1320 | 0 |
0
0