Əfsanəni Azərbaycandan qovdular
01.04.2013 - 10:00
“Azərreyl” rəhbərliyi daha 2 voleybolçu ilə anlaşmaya xitam verib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” hollandiyalı Karolina Vensink və finlandiyalı Rikka Lehtoneni komandadan kənarlaşdırıb.
Buna səbəb “Azərreyl”in mövsümdə lazımı oyunu nümayiş etdirə bilməməyidir. Həmçinin, Azərbaycan millisinin blokçusu Kseniya Kovalenkonun zədəsini sağaltması da bu qərarda mühüm rol oynayıb.
Belə ki, onun dönüşündən sonra Vensink ehtiyata göndərilmişdi və lazımsız oyunçuya çevrilmişdi. Əfsanəvi voleybolçu Lehtonen isə əvvəlki oyununu göstərə bilmirdi. Bu səbəbdən də “Azərreyl” əsasən sonradan meydana girən 34 yaşlı Rikkaya da ehtiyac duymayıb.
Qeyd edək ki, Bakı klubu Vensinklə Lehtonendən öncə xorvatiyalı Anna Qrbaçla və italiyalı Alessandro Çiappininin rəhbərlik etdiyi məşqçilər korpusu ilə vidalaşmışdı.

0
0