Riikka Lehtonen: Bakıda mənə qadağa qoydular - MÜSAHİBƏ
01.04.2013 - 11:42
“Azərreyl” klubunda ayrılan Riikka Lehtonen Finlandiya mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, 34 yaşlı əfsanəvi idmançı Bakı klubundan ayrılmasının səbəblərini açıqlayıb.
- Yanvarda transfer olunduğunuz “Azərreyl”dən ayrılmağınız nə ilə bağlıdır?
- Bunun səbəbi gözlənilməz zədədir. Hər 2 dizimdə ağrılar olduğundan nəinki oynamaq, heç məşq etmək iqtidarında da deyiləm. Bununla bağlı həkimlər mənə qadağa qoyublar. Mövsümün sonuna kimi oynaya bilməyəcəyimdən, “Azərreyl”də çıxışımı yekunlaşdırdım.
- Zədənizi müalicə etdikdən sonra yenidən bu kluba qayıtmaq və ya başqa komandaya keçmək bərədə nə düşünürsüz?
- Hazırda dizlərimin bərpa olunması daha vacibdir. Yalnız bundan sonra idmançı kimi gələcək karyeramı planlaşdıra bilərəm.
- Belə zədədən sonra meydana qayıdıb, yenidən yüksək səviyyədə oynamaq ehtimalınız nə qədərdir?
- Bir çox məşhur italiyalı voleybolçular tanıyıram ki, onlar da eyni zədədən əziyyət çəkiblər. Lakin sonradan onlar bərpa olunaraq, yüksək səviyyədə çıxış etməyi bacarıblar. Hərçənd, bərpa prosesi uzun və ağır keçib. Bu zədəni necə aldığımı xatırlamıram. Bu çox qəribədir. Nəticədə oynamaq imkanından məhrum oldum.
- Bildiyimizə görə, yenidən özünüzü çimərlik voleybolunda sınayıb, qarşıdakı Olimpiya Oyunlarında Finlandiyanın şərəfini qorumaq fikrindəsiz. Gələn ilin yayında Rio-de-Janeyro-2016-nın seçmə mərhələsinin oyunları başlayacaq. Bu məsul sınağa qədər tam hazır ola biləcəksizmi?
- Xoşbəxtlikdən Olimpiya Oyunlarının seçmə mərhələsinə hələ çox vaxt var. Finlandiya Olimpiya Komitəsindən aldığım ümidverici xəbər məni çox sevindirdi. İndi özümü bərpa etmək üçün ən yaxşı yolu tapmalıyam.

0
0