Natalya Məmmədova “Uraloçka”nı üzdü
01.04.2013 - 18:11
Natalya Məmmədova “Uraloçka”nı üzdü
Qadın voleybolçular arasında Rusiya Superliqasında XXI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Uraloçka”nı qəbul edib.

Görüş təmsilçimizin komandasının qələbəsi ilə başa çatıb - 3:1 (17:25, 26:24, 26:24, 25:21). Bununla da Omsk klubu xalını 40-a yüksəldib və müvəqqəti də olsa 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Omiçka” XX turdan özü üçün pley-offa vəsiqəni təmin edib.