Yığmamızın hücumçusu əfsanəvi məşqçi önündə coşdu
02.04.2013 - 08:18
Yığmamızın hücumçusu əfsanəvi məşqçi önündə coşdu
Rusiya Superliqasının XXI turunun “Omiçka” – “Uraloçka” oyununda Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın topladığı xal məlum olub. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisinin şərəfini qoruyan hücumçumuz 3:1 hesabı ilə qalib gəldikləri matçın qəhrəmanı adına yiyələnib. O, qarşılaşmada 25 xal toplayaraq, əfsanəvi Nikolay Karpolun çalışdırdığı komandaya gücünü göstərib.

Qeyd edək ki, “Omiçka” 40 xalla 5-ci pillədədir.