“Azərreyl”in baş məşqçisi istefa vermək istəmirmiş
02.04.2013 - 13:30
“Azərreyl”in baş məşqçisi istefa vermək istəmirmiş
“Azərreyl”in sabiq baş məşqçisi Alessandro Çiappini Bakı klubundan istefaya göndərilməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis gedişini gözlənilməz sayıb.

Çiappini bildirib ki, müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyini gözləmirmiş: “Klub rəhbərliyinin belə qərar verməsinə çox üzüldüm. Lakin nə etmək olar? Həyat davam edir”.

“Azərreyl”in uğursuz çıxışına görə komandadan qovulan baş məşqçi gələcək karyerası ilə bağlı nəsə deməyin tez olduğunu bildirib: “Yaxın zamanda nə olacağını bilmək olmaz. Qadınlardan ibarət Polşa millisinə dəvət alsam, bu, mənim üçün böyük bir şərəf olar”.