“İqtisadçı”dan 1 aylıq transfer
03.04.2013 - 14:44
“İqtisadçı” klubu fanatlarını təəccübləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, istədiyi an baş məşqçisini və ya oyunçusu ilə yollarını ayıran universitet klubu 1 aylıq (!) yeni oyunçu transfer edib.
Belə ki, Bakı təmsilçisi Kuba yığmasının sabiq 2-ci zona voleybolçusu Daimi Ramires Eçevarria ilə anlaşıb. 30 yaşlı şimali amerikalı mövsümün sonuna kimi “İqtisadçı”nın şərəfini qoruyacaq. O, bu ili Braziliyanın “Amil Kampinas” klubunda keçirib. Daha doğrusu, komandası pley-off mərhələsində uduzduqdan sonra sərbəst oyunçu statusu ilə “İqtisadçı”ya gəlib.
Panamerika Oyunlarının və Kubokunun çempionu (2007) olan Eçevarria 2004-cü ildə Afina Olimpiadasının bürünc medalını qazanıb. O, həmçinin 2008-ci ildə dünya Qran-prisinin finalında oynayıb və yarışın ən yaxşı hücumçusu seçilib.
Qeyd edək ki, Azərbaycan Super Liqasının aprelin sonuna kimi yekunlaşmalıdır.

0
0