3-cü finiş derbi ilə başa çatır
03.04.2013 - 15:34
3-cü finiş derbi ilə başa çatır
Sabah Super Liqada təxirə salınmış XIX turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq III dövrənin son turu “Azərreyl” – “Rabitə” derbisi ilə əlamətdar olacaq.

İlk 2 dövrədəki duellərdə hər komanda 1 qələbə qazandığından bu matç daha maraqlı alınacaq. “Rabitə” qalib gələcəyi halda çempionluğa doğru növbəti addım atacaq. Onların məğlubiyyəti isə “Azərreyl”in xeyrinə olacaq. Çünki yalnız baş məşqçi dəyişikliyindən sonra özünə gələn “dəmiryolçular” qalib gəlməyə də borcludurlar. Əks halda onlar gümüş medallara belə həsrətlə baxmaq təhlükəsi ilə üz-üzə qala bilərlər.

Bu oyundan sonra start götürəcək “İqtisadçı” – “Lokomotiv” görüşü də böyük maraq doğurur. Çünki ən pis halda ikinci yeri hədəfləyən, gündə birini yola salıb, digərini transfer edən “İqtisadçı” uduzacağı halda işini çətinə sala bilər. Lakin “Lokomotiv”in də meydana 3 xal üçün çıxacağı sözsüzdür. Çünki “dəmiryolçular” növbəti dəfə məğlub olarlarsa ilk “üçlük”dən çox aralı düşəcəklər. Bunun üçün görüşün gərgin keçəcəyi gözlənilir.

Günün ilk matçında isə autsayderlər - “Lokomotiv Biləcəri” “Telekom”la üz-üzə gələcək. Görüşdə yenə dübütantın qalib gələcəyi proqnozlaşdırılır. Çünki biləcəri təmsilçisi hələ onlardan 1 set belə ala bilməyiblər.


4 aprel
XIX tur

15:00. “LOKOMOTİV BİLƏCƏRİ” – “TELEKOM”
İlk oyun: “Lokomotiv Biləcəri” - “Telekom” - 0:3 (21:25, 20:25, 21:25)
İkinci oyun: “Telekom” – “Lokomotiv Biləcəri” - 3:0 (25:19, 25:19, 25:12)

17:00. “AZƏRREYL” – “RABİTƏ”
İlk oyun: “Azərreyl” - “Rabitə” - 3:1 (25:21, 21:25, 25:19, 25:23)
İkinci oyun: “Rabitə” – “Azərreyl” - 3:0 (25:20, 25:22, 25:22)

19:00. “İQTİSADÇI” – “LOKOMOTİV”
İlk oyun: “İqtisadçı” - “Lokomotiv” - 3:1 (25:22, 17:25, 25:10, 25:20)
İkinci oyun: “Lokomotiv” – “İqtisadçı” - 2:3 (25:22, 25:18, 19:25, 19:25, 11:15)

1
Rabitə
17
15
2
48-13
1504-1174
46
2
İqtisadçı
17
13
4
42-19
1433-1220
38
3
Azərreyl
17
12
5
41-18
1405-1231
37
4
Lokomotiv
17
10
7
38-26
1439-1341
30
5
Bakı-Azəryol
18
8
10
30-35
1422-1447
23
6
Telekom
17
2
15
6-45
916-1240
6
7
Lokomotiv-Biləcəri
17
0
17
2-51
851-1320
0