“Rabitə” “Azərreyl”i darmadağın etdi, “İqtisadçı” uduzdu - YENİLƏNİB
04.04.2013 - 20:21
Bu gün Super Liqada təxirə salınmış XIX turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində keçiriləcək III dövrənin son turu “Azərreyl” – “Rabitə” derbisi ilə əlamətdar olub.
İlk 2 dövrədəki duellərdə hər komanda 1 qələbə qazandığından bu matçın daha gərgin keçəcəyi gözlənilirdi. Lakin hazırda əla formada olan “Rabitə” qarşılaşmada rəqibinə heç bir şans verməyərək, hələ də “dəmiryolçular”ın zəif olduğunu sübuta yetirib.
Belə ki, ilk hissəni 7 top öndə bitirən Azərbaycan çempionu ikinci setdə “Azərreyl”in müqaviməti ilə üzləşib. Lakin Aleksandr Çervyakovun yetirmələri son anda səhvlər buraxıblar və “Rabitə” bundan məharətlə yararlanaraq, hesabı 2:0-a çatdırıb.
Üçüncü hissədə isə “Azərreyl”in oyunda dönüş yaradacağına ümid böyük idi. Onlar setin startında da əzmkar mübarizələri ilə diqqət çəkiblər. Lakin sonda yenə Marçello Abbondanzanın yetirmələri sevinən tərəf olublar – 25:19. Bununla da “Rabitə” mövsümdə ikinci dəfə əzəli rəqibini darmadağın edərək, zirvədəki yerini möhkəmlədib.
*****
Bu oyundan sonra keçirilən “İqtisadçı” – “Lokomotiv” matçı daha baxımlı alınıb. “Dəmiryolçular” əzmkarlıqları sayəsində inamlı qələbə qazanaraq, mükafatçılar sırasına düşmək şanslarını bir qədər də yaxşılaşdırıblar.
Düzdür, onlar ilk setdə uduzduqdan sonra növbəti 2 hissədə məğlubiyyət acısı yaşayıblar. Lakin onlar bundan sonra ruhdan düşməyiblər. Əksinə, daha yaxşı təsir bağışlayaraq, yekunda sevinən tərəf olublar – 3:2.
*****
Günün ilk matçında isə autsayderlər - “Lokomotiv Biləcəri” və “Telekom” üz-üzə gəlib. Görüşdə yenə dübütantın qalib gələcəyi proqnozlaşdırılsa da, bu, belə olmayıb. Daha yaxşı oyun nümayiş etdirən Biləcəri təmsilçisi qələbə qazanıb. Bu, onların tarixinə həm də ilk uğur kimi düşüb.
*****
Beləliklə, III dövrəni “Rabitə” lider kimi başa vurub. Onlar “Azərreyl” üzərində qələbədən sonra ən yaxın izləyicisi “İqtisadçı” ilə xal fərqini 10-a yüksəldiblər. Universitet komandası da uduzmasına baxmayaraq, aktivinə 1 xal yazıb və “Azərreyl”lə xal fərqini 2-yə çatdırıb. “Lokomotiv” isə artıq 3-cü pillədən 5 xal geri qalır.
4 aprel
XIX tur
“LOKOMOTİV BİLƏCƏRİ” – “TELEKOM” - 3:1 (25:22; 25:18; 17:25; 25:15)
İlk oyun: “Lokomotiv Biləcəri” - “Telekom” - 0:3 (21:25, 20:25, 21:25)
İkinci oyun: “Telekom” – “Lokomotiv Biləcəri” - 3:0 (25:19, 25:19, 25:12)
“AZƏRREYL” – “RABİTƏ” - 0:3 (18:25; 23:25; 19:25)
İlk oyun: “Azərreyl” - “Rabitə” - 3:1 (25:21, 21:25, 25:19, 25:23)
İkinci oyun: “Rabitə” – “Azərreyl” - 3:0 (25:20, 25:22, 25:22)
“İQTİSADÇI” – “LOKOMOTİV” - 2:3 (23:25; 25:19, 27:25, 23:25, 15:17)
İlk oyun: “İqtisadçı” - “Lokomotiv” - 3:1 (25:22, 17:25, 25:10, 25:20)
İkinci oyun: “Lokomotiv” – “İqtisadçı” - 2:3 (25:22, 25:18, 19:25, 19:25, 11:15)

1 | Rabitə | 18 | 16 | 2 | 51-13 | 1579-1234 | 49 |
2 | İqtisadçı | 18 | 13 | 5 | 44-22 | 1546-1331 | 39 |
3 | Azərreyl | 18 | 12 | 6 | 41-21 | 1465-1306 | 37 |
4 | Lokomotiv | 18 | 11 | 7 | 41-28 | 1550-1454 | 32 |
5 | Bakı-Azəryol | 18 | 8 | 10 | 30-35 | 1422-1447 | 23 |
6 | Telekom | 18 | 2 | 16 | 7-48 | 996-1332 | 6 |
7 | Lokomotiv-Biləcəri | 18 | 1 | 17 | 5-52 | 943-1400 | 3 |
0
0