İsrail yığmasının üzvü Bakıdan getdi
05.04.2013 - 10:37
“Lokomotiv”in voleybolçusu Tatyana Artmenko mövsümün sonunadək oynamayacaq. Apasport.az saytının məlumatına görə, zədədən əziyyət çəkən İsrail millisinin aparıcı üzvü artıq əməliyyat olunub və bu səbəbdən IV dövrədə komandasına kömək edə bilməyəcək.
Lakin buna baxmayaraq, Artmenko bərpa məşqləri üçün Azərbaycana gələcək. Voleybolçunun gələcək taleyinə gəlincə, çox güman Tatyana ilə yeni mövsümdə yollar ayrılacaq.
Qeyd edək ki, “Lokomotiv” az öncə Ju Kosta (Braziliya) ilə vidalaşmışdı. Buna əsas səbəb kimi dünya çempionunun ailəsində problem göstərilmişdi.

0
0