“Bu, ilk qələbəmiz olsa da, sonuncu deyil” - MÜSAHİBƏ
05.04.2013 - 15:32
“Lokomotiv Biləcəri”nin voleybolçusu Anna Popovanın apasport.az saytına müsahibəsi
- Yarandığı gündən “Lokomotiv Biləcəri”nin heyətində olan voleybolçulardan biri də sizsiz. Bu müddətdə ilk qələbənizi çempionatındakı ikinci mövsümünüzdə əldə etdiniz. Super Liqanın III dövrəsinin “Telekom”la son matçındakı qələbə sizdə hansı hissləri oyatdı?
- Əlbəttə ki, təəssüratlarım müsbətdir. Təbii, sevinclə yanaşı, təəssüf hissi də keçirirəm. Çünki bu, indiyədək qazandığımız birinci qələbədir. Amma bu, ilk qələbəmiz olsa da, sonuncu deyil.
- Bəs indiyə qədər niyə qalib gələ bilmirdiz? Bunun üçün nə çatmırdı?
- Görünür, ustalıq səviyyəmiz yetmirdi. Həm də Azərbaycan çempionatı çox yüksək səviyyədədir. Üstəlik, digər komandalarda kifayət qədər güclü voleybolçular var. O klublara qarşı oynamaq çox çətindir.
- Bu qələbə təxminən 2 ildən sonra qazanıldı. Uzun müddətdir arzuladığınız ilk qələbəni necə qeyd etdiniz?
- Bu qələbəni hələ mövsümün əvvəlində qazanmalı idik. Həmin vaxt “Telekom”a qalib gəlmək bizim vəzifəmiz idi. Lakin ilk 2 qarşılaşmada biz məğlub olduq. Hələlik bu qələbəni qeyd etmək fikrində deyilik. Çünki qarşıda çempionatın oyunları var. Hazırda ilk sırada işimiz durur.
- Onda belə demək olar ki, bundan sonra da məhz “Telekom”la oyuna köklənəcəksiz. Axı bu komanda ilə IV dövrədəki oyununuz qalıb. Həmin matçdakı qələbə ilə şəxsi oyunlardakı bərabərliyi təmin edəcəksiz...
- Əlbəttə, əsas vəzifəmiz daha bir dəfə “Telokom”a qalib gəlməkdir. Lakin digər matçlarda da asanlıqla təslim olmayacağıq.
- Super Liqada mübarizəni necə qiymətləndirirsiz? Artıq 3 dövrəsi arxada qalan yarışda “Rabitə”nin böyük üstünlük qazandığını nəzərə alıb, onları indidən çempion elan etmək olarmı?
- Bu haqda nəsə deməyəcəm. Görək necə olur.
- Bəs əsas komandanız – “Lokomotiv”in çıxışını necə dəyərləndirirsiz? Ötən mövsümün gümüş mükafatçısı həmin oyunu göstərə bilmir...
- Biz həmişə onlara azarkeşlik edib, dəstəkləyirik. Təəssüf ki, bu il Çempionlar Liqasında komanda çox irəliləyə bilmədi. Ümid edirik ki, yerli çempionatda sonda layiqli yerlərdən birini tutacaqlar.
- Mövsüm artıq bitmək üzrədir. Gələcəklə bağlı planlarınız necədir. Yeni ildə sizi əsas komandada görə biləcəyikmi?
- Bununla bağlı şərh vermək istəmirəm.

0
0