Yığmamızın oyunçusu yenə də hamıdan öndə
06.04.2013 - 09:15
Rusiya Superliqasının XXII turunun “Dinamo” (Krasnodar) – “Omiçka” oyununda Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın topladığı xal məlum olub. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisinin şərəfini qoruyan hücumçumuz 1:3 hesabı ilə uduzduqları matçda da bütün rəqiblərini qabaqlayıb. O, qarşılaşmada 16 xal toplayaraq, yenə görüşün bombardiri olub.
Qeyd edək ki, artıq Superliqada əsas mərhələ başa çatıb. “Omiçka” pley-offa 5-ci pillənin sahibi kimi yüksəlib.
Qeyd edək ki, artıq Superliqada əsas mərhələ başa çatıb. “Omiçka” pley-offa 5-ci pillənin sahibi kimi yüksəlib.
0
0