Məmmədova sabiq klubuna qarşı
06.04.2013 - 09:32
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” klubunun Rusiya Superliqasının pley-off mərhələsində rəqibi bilinib. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi 1/4 finalda Krasnodar “Dinamo”su ilə qarşılaşacaq.
Mərhələnin qalibi 2 qələbə qazanan komanda olacaq. Əgər 2 görüşdə hesab bərabər olacaqsa, klublar daha bir dəfə üz-üzə gələcəklər. Oyunların aprelin 10-da, 14-də və 17-də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Natalya məhz Krasnodar “Dinamo”su ilə Rusiya çempionatının bürünc medalını qazanıb.

0
0