“Buralar əladır” - MÜSAHİBƏ
06.04.2013 - 09:52
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, hücumçumuz şərəfini qoruduğu “Omiçka”nın Superliqada “Dinamo” (Krasnodar) ilə oyununu şərh edib, pley-off mərhələsi barədə danışıb.
- Superliqanın əsas mərhələsinin son turunda Krasnodar “Dinamo”suna 1:3 hesabı ilə uduzduz. Oyunu necə şərh edərdiz?
- Düşünürəm ki, matç bərabər səviyyədə getdi. Birinci hissədə hücumda bir sıra problemlərimiz oldu. Bundan əlavə, biz “Dinamo”nun blokunu heç cürə yara bilmirdik. Həmçinin, səhvlərimiz də oldu.
- İkinci hissədə isə tam fərqli oyun göstərdiz...
- Birinci setdə məğlubiyyətdən sonra öz oyunumuzu tapa bildik və rəqibə göstərdik ki, onları uda bilərik. Matç turnir cədvəlində 4-cü və 5-ci yerlərin taleyini də həll edirdi. Üçüncü hissədə isə məşqçimiz fikirləşdi ki, biz 3:1 hesabı ilə qalib gələ bilməyəcəyik. Bunun üçün də komandanın əsas heyət üzvlərinə istirahət verdi və özlərini göstərmək üçün gəncləri meydana buraxdı.
- 1/4 finalda da məhz Krasnodar “Dinamo”su ilə qarşılaşacaqsız. Superliqada heyətində bürünc medal qazandığınız komanda ilə görüş barədə fikirləriniz necədir?
- Pley-offda şanslarımız bərabərdir. Çempionatda onlarla oyunumuzda komandalar demək olar ki, 3:1 hesablı qələbələr qazanıb. 1/4 finalda isə mübarizə tam başqa olacaq. Fikrimcə, bütün komandalar bu mərhələdə bütün güclərini ortaya qoyacaqlar.
- Krasnodar necədir. Bura siz getdikdən sonra çox dəyişib?
- Bu şəhər və onun isti iqlimi mənim xoşuma gəlir. Biz Krasnodarı bir qədər gəzməyə də vaxt tapdıq. Buralar əladır. Əgər Omsk barədə danışsaq, bizim mehriban komandamız, mükəmməl məşqçimiz, möhtəşəm azarkeşlərimiz var. Onlar daimi bizi dəstəkləyirlər. Bəli, Omsk Krasnodara baxanda bir qədər soyuqdur. Ancaq hər şeyə öyrəşmək olur (gülür).

0
0