Yığmamızın dünya çempionatı üçün hazırlıq proqramı bilindi
06.04.2013 - 12:53
Dünya çempionatının I seçmə qrup mərhələsinə hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, hazırda Bakıda hazırlıq keçən yığmamız aprelin 15-də Zaqatalaya yola düşməyi planlaşdırır.
Burada 2 həftəlik məşqlərin ardından paytaxta qayıdacaq komandamız bir neçə milli ilə gücünü yoxlayacaq. Rəqiblərin adları hələ dəqiqləşməsə də, heç də zəif olmayacağı bildirilir.
Bundan sonra isə voleybolçularımız Türkiyədə və ya Polşada hazırlıq keçəcəklər.
Qeyd edək ki, yığmamız mayın 23-26-da Xorvatiyada ev sahibləri, Bosniya və Herseqovina və Hollandiya ilə mübarizə aparacaq.

0
0