Hücumçumuz 81 xal öndə
06.04.2013 - 14:02
Qadın voleybolçular arasında Rusiya Superliqasının başa çatan qrup mərhələsinin statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 6 nominasiya üzrə müəyyənləşən liderlər arasında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova da yer alıb.
Təmsilçimiz bombardirlər siyahısına başçılıq edir. Məmmədova (20 oyunun 77 hissədə meydanda olub) ikinci yerdə qərarlaşan Natalya Obmoçayevadan (“Dinamo”, Moskva) 1 matç və 4 set az oyanasa da, 511 dəqiq zərbə ilə onu 81 top qabaqlayır. İlk “üçlüyü” isə 414 xalla Yekaterina Qamova (“Dinamo”, Kazan) qapayır. Rusiya voleybolunun ulduzu 18 görüşün 70 setində meydanda olub.
Qeyd edək ki, “Omiçka” 22 turun yekununa əsasən 5-ci olub və mübarizəni pley-offda davam etdirəcək.

0
0