“İqtisadçı”nı bəyənmədi, “Rabitə”də oynayacaq
06.05.2013 - 12:12
Azərbaycan çempionu “Rabitə” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi avstraliyalı Reyçel Rurkla razılığa gəlib.
Belə ki, az öncə 2-ci zona oyunçusu “İqtisadçı” ilə anlaşsa da, son anda fikrini dəyişib. Polşa “Atom”u ilə ölkə çempionu olan Rurk karyerasını “Rabitə”də davam etdirməyə qərar verib. 24 yaşlı oyunçunun 3 illik (1+1+1) müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, avstraliyalı “Rabitə”də “Qalatasaray”a keçən kolumbiyalı Montano Madeleynenin yerinə alınıb.

0
0