Yığmamız Qazaxıstana yollanır
06.06.2013 - 13:52
Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığma Pavlodar şəhərində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə keçiriləcək yarışda gücünü yoxlayacaq. 8 komandanın qatılacağı turnir iyunun 24-də start götürəcək və 5 gün davam edəcək.
Yeri gəlmişkən, millimiz artıq təlim-məşq toplanışına başlayıb. İyunun 4-dən start götürən hazırlıq Nabranda davam edir. Burada 10 gün məşq edəcək voleybolçularımız ardından Bakıya, oradan isə Qazaxıstana yollanacaqlar.
Qeyd edək ki, hazırlıqlara 20 oyunçu cəlb olunub. Təlim-məşq toplanışlarından və beynəlxalq turnirlərdən sonra “12-lik” dəqiqləşəcək.

0
0