Braziliya millisinin məşqçisi Azərbaycana gəlmədi
06.06.2013 - 15:10
Braziliyalı Paulo Kokonun Azərbaycan çempionu “Rabitə”ni çalışdırması mümkün olmayacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, Marçello Abbondanza ilə yollar ayrıldıqdan sonra boş qalan baş məşqçi postuna ölkəsinin yığmasında da işləyən 46 yaşlı mütəxəssisin gətirilməsi məqsədə uyğun sayılmayıb.
Belə ki, Braziliya millisində Ze Robertonun köməkçisi olan Koko ilə “Rabitə”nin planları üst-üstə düşməyib. Bakı təmsilçisini məşqçinin yığmasının düşərgəsindən gec gələcəyi razı salmayıb. Nəticə həmişə olduğu kimi yeni mövsümdə də çıxış edəcəkləri bütün yarışlarda iddialı olmağı planlaşdıran, ən əsası Çempionlar Liqasının qızıl medallarını qazanmağı hədəfləyən “Rabitə” digər çalışdırıcıları nəzərdən keçirməyi qərara alıb.

0
0