“Monako”nu Avropada ən güclü etmək niyyətindəyəm”
07.06.2013 - 06:06
“Monako”nu Avropada ən güclü etmək niyyətindəyəm”
“Monako” rəhbərliyinin mənə qarşı göstərdiyi hörmətdən sonra onların təklifini qəbul etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Madrid “Atletiko”sunun sabiq, “Monako”nun yeni transferi Radamel Falkao deyib.

Kolumbiya millisinin hücumçusu İspaniya klubuna keçidini şərh edib: “Mən belə böyük layihədə iştirak etməyə şadam. Hazırda transfer pəncərəsinin açıldığı bir zamanda “Monako”ya gələn hər bir futbolçunun qarşısında bir məqsəd var. Bu klubu Avropada ən güclü etmək. Həmçinin mən də bunun üçün bütün səylərimi ortaya qoyacağam”.

Qeyd edək ki, Falkao Fransa təmsilçisinə 45 milyon avroya transfer olunub. Radamelin keçidindən öncə isə “Monako” “Real”dan Rikardo Karvalyonu, “Porto”dan Ceyms Rodriqesi və Juan Moutinyonu transfer edib.