Yığmamızın legioneri yenidən Azərbaycanda oynayacaq
07.06.2013 - 08:18
Yığmamızın legioneri yenidən Azərbaycanda oynayacaq
Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Cənubu Koreyanın “Hyunday” klubundakı çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, milliləşdirilən legioner karyerasını yenidən ölkəmizdə davam etdirəcək. O, “Azəryol”la razılığa gələrək, 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, yeni mövsümdə əsasən yerli voleybolçulara üstünlük verəcək Bakı təmsilçisi daha öncə yığmamızın üzvlərindən Oksana Porxomenko, Kseniya Kovelenko və Valeriya Korotenko ilə müqaviləsinin müddətini artırıb, Tom Loqanı (ABŞ) transfer edib.