Milli komandamızın final mərhələsində bütün rəqibləri bilindi
07.06.2013 - 08:36
Milli komandamızın final mərhələsində bütün rəqibləri bilindi
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi bilinib. Apasport.az saytının məlumatına görə, III mərhələnin cavab oyunundan sonra Belarus yığması komandamıza rəqib olub.

Belə ki, Slovakiya millisinə evdə 3:0 (25:19, 25:10, 25:17) hesabı ilə qalib gələn belaruslular cavab qarşılaşmasında 1:3 (25:15, 19:25, 17:25, 20:25) hesabı ilə uduzublar. Hesab bərabər olduğundan Qızıl set oynanılıb. Lotereyada ev sahibləri 14:16 hesabı ilə uduzaraq, mübarizəni dayandırıblar.

Beləliklə, komandamızın yer aldığı C qrupunda bütün iştirakçıların adlarına aydınlıq gəlib. Sentyabrın 6-14-də Almaniya və İsveçrədə keçiriləcək həlledici mərhələdə Azərbaycan, Rusiya, Xorvatiya və Belarus gücünü sınayacaq.