Natalya Məmmədova üçün 4 turnir
07.06.2013 - 13:31
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”nın növbəti mövsümə hazırlıq planlarına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Omsk təmsilçisi iyulun 15-də bir araya gələcək.
Yeni mövsümdə 4 rəsmi turnirdə çıxış edəcək “Omiçka”nın ilk sınağı Buryatiyada olacaq. Belə ki, Məmmədovanın komandası sentyabrın 7-də Ulan-Udedə başlayacaq Sibir və Uzaq Şərq kuboku uğrunda mübarizə aparacaq. Omsklular çempionata sentyabrın 23-də Saratov “Proton”u ilə ev oyunu ilə başlayacaq.
“Omiçka” oktyabrın 2-də Krasnoyarskda Rusiya kuboku uğrunda mübarizəyə start verəcək. Bundan 20 gün sonra isə Çempionlar Liqasında debüt matçına çıxacaq. Məmmədovanın komandası bu turnirdəki rəqiblərini iyunun 28-də Vyanada keçiriləcək püşkatmada tanıyacaq.
Qeyd edək ki, “Omiçka” Rusiya Super Liqasında son mövsümü bürünc medalla başa vurub.

0
0