“İqtisadçı” yenə məğlub oldu - YENİLƏNİB
06.12.2013 - 01:12
“İqtisadçı” yenə məğlub oldu - YENİLƏNİB
Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə Azərbaycanın “İqtisadçı” klubu İtaliya A seriyasının qalibi “Pyaçentsa”nın qonağı olub.

Evdə “Pyaçentsa”ya 1:3 hesabı ilə uduzan “tələbələr” səfərdə də məğlubiyyətdən qaça bilməyiblər. Yalnız son set istisna olunmaqla, ilk 2 hissədə rəqib daha asan qələbə qazanıb.

Bununla da “İqtisadçı” pley-offa çıxmaq şansını bir qədər çətinə salıb. Böyük ehtimalla, qrupda növbəti mərhələyə yüksələcək klubların adına son tur aydınlıq gətirəcək. Çünki burada 2 vəsiqə uğrunda 3 komanda mübarizəni hələ davam etdirir.

Çempionlar Liqası
IV tur

B qrupu

“Pyaçentsa” (İtaliya) – “İqtisadçı” (Azərbaycan) - 3:0 (25:17; 25:20; 26:24)
Hakimlər: Ralf Barnstorf (Almaniya), Susana Rodriquez (İspaniya)
Pyaçentsa, Palabanka Sarayı

Dinamo (Moskva)
4
3
1
11-6
403-345
10
Pyaçentsa
4
3
1
10-4
337-287
9
İqtisadçı
4
2
2
7-8
322-333
5
Srvena Zvezda
4
0
4
2-12
249-346
0