“Rabitə”nin baş məşqçisi: İddiamız böyükdür
06.12.2013 - 09:59
“Rabitə”nin baş məşqçisi: İddiamız böyükdür
“Bizim üçün vacib görüş idi. Çünki, qələbə sayəsində qrupda liderliyimizi davam etdirəcəkdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” voleybol klubunun baş məşqçisi Eldar Yusubov Çempionlar Liqasının qrup mərhələsində “Dresdner”lə (Almaniya) keçirilən qarşılaşmadan sonra deyib.

3:0 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirən Yusubovun sözlərinə görə, vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanmaları komandanı arxayınlaşdırmamalıdır: “Biz çox yaxşı komandaya qarşı oynadıq. Voleybolçular inamlı təsir bağışlayaraq, böyük iş gördülər. Buna baxmayaraq, biz hələ çox çalışmalıyıq. Mövsüm üçün hədəflərimiz və iddialarımız böyükdür”.

Qeyd edək ki, Çempionlar Liqasının son 2 turunda “Rabitə” qrup liderliyini saxlamaq üçün oynayacaq.